BlackBerry şirkəti Android sistemli smartfon istehsal edib -

“BlackBerry” şirkəti “Android” sistemli smartfon istehsal edib

Kanadanın “BlackBerry” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon buraxıb.

Bu, şirkətin populyarlıq qazanmayan “BB10” əməliyyat sisteminin buraxılışından sonra öz məhsuluna diqqəti cəlb etmək üçün etdiyi yeni cəhddir.

Qurğu yaradıcılarının sözlərinə görə, “BlackBerry Priv” adlanan smartfon modelinin təhlükəsizlik sisteminin yüksək səviyyədə olması onu digər “Android” qurğularından fərqləndirir.

“International Data Corporation” (IDC) analitik şirkətinin mütəxəssisi bununla bağlı bildirib ki, “Android” qurğunun mühafizə və təhlükəsizlik səviyyəsinin artırılaraq buraxılması gözəl ideyadır və bunu 3 il əvvəl etmək daha yaxşı olardı, - "BBC” yazır.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !