Yeni elektron arayış istifadəyə veriləcək -

Yeni elektron arayış istifadəyə veriləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron hökumət” portalı üzərindən vətəndaşların ixtiyarına yeni elektron çıxarış (arayış) təqdim olunacaq.

Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu çıxarışda vətəndaşa məxsus stasionar telefonlar vasitəsilə təqdim edilən rabitə xidmətləri (aylıq abunə haqqı, şəhərlərarası və beynəlxalq danışıqlar, müxtəlif servislər, internet xidmətləri və s.) üzrə son 12 ayda hesablanmış və ödənilmiş məbləğ avtomatik sistem tərəfindən formalaşdırılacaq.

Qeyd olunub ki, nazirliyin tətbiq etdiyi çıxarış bu sahədə bir ilk olmaqla digər qurumlar üçün də nümunə olacaq. Bu arayışın timsalında digər xidmət və rüsumların ödənişlərini həyata keçirən dövlət və qeyri-dövlət təşkilatları da bu nümunəyə qoşularaq xidmət haqqının hesablanmış məbləğləri və ödənişləri haqda uyğun servisləri hazırlayaraq “Elektron hökumət” portalına təqdim edə bilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !