Beyləqan gəncləri informasiya müharibəsi nə hazırdır! - FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

Beyləqan gəncləri “informasiya müharibəsi”nə hazırdır! FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

Noyabrın 4-də Beyləqan rayonu “Leon” Ailəvi İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda cəbhəyanı ərazilərdə gənclərlə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar təşkil edilib. Maraqlı mövzuların müzakirə olunduğu seminarda Beyləqan rayonunun olan gənclər iştirak edib. Seminarda “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov, təşkilatın icraçı direktoru Mürsəl Behbudlunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü Asif Cəfərli və digərləri çıxış edərək, auditoriya ilə qarşılıqlı ünsiyyət sayəsində layihənin məğzi, bu sahədə həyata keçirilən dövlət tədbirləri, informasiya müharibəsi anlayışı, mövcud statistika, Azərbaycanın diaspora fəaliyyəti, İKT resursların Qarabağ savaşındakı rolu, gənclərin bu mövzuda üzərinə düşən vətəndaş məsuliyyəti və digər mövzular haqda danışıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !