IBM in istifadə etdiyi texnologiyalar və emal üsulları sığorta dələduzluğu hallarının qarşısını alır -

“IBM”in istifadə etdiyi texnologiyalar və emal üsulları sığorta dələduzluğu hallarının qarşısını alır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) “Sığorta dələduzluğu” və “Tibbi sığortada dələduzluq” mövzusunda keçirdiyi seminarda “IBM” şirkətinin analitik satış lideri Andrey Larşin və “HITURE” şirkətinin nümayəndəsi Faruq Muğanlinski seminar iştirakçılarına müasir texnologiyalardan istifadə etməklə sığorta dələduzluğunun və tibbi sığortada dələduzluğun qarşısının alınması üsullarından bəhs ediblər.

ASA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə vurğulanıb ki, şirkətin istifadə etdiyi müasir riyazi analiz texnologiyaları və informasiyaların emalı üsulları sığorta dələduzluğu hallarının qarşısının alınmasına imkan verir. İstifadə olunan üsullar hətta ən mürəkkəb dələduzluq sxemlərinin aşkar edilməsinə, onlara qarşı tədbir görülməsinə şərait yaradır. Bu texnologiyalar vasitəsilə nəinki baş vermiş hallar aşkar edilir, eləcə də gələcəkdə belə halların baş verməsinin qarşısı alınır. Bununla da sığorta şirkətlərinə və vətəndaşlara böyük məbləğdə zərər vuracaq hallar aradan qalxır.

Ekspertlər bildiriblər ki, təqdim etdikləri yeni analiz texnologiyalarından təkcə sığorta sahəsində deyil, bank və biznesin digər sahələrində də istifadə oluna bilər.AZƏRTAC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !