Fəqan Səfərov "Sevgi nağılı" ndan danışdı - VİDEO - FOTO

Fəqan Səfərov "Sevgi nağılı" ndan danışdı VİDEO - FOTO

Gənc və istedadlı müğənni Fəqan Səfərov "Sevgi nağılı" adlı yeni mahnısını dinləyicilərə təqdim edib. AZpress.AZ xəbər saytının məlumatına görə, mahnının söz və musiqisi Səfər Məmmədova məxsusdur.

Yeni mahnı Türkiyədə aranjeman edilib. Mahnıda canlı musiqi alətləri türkiyəli musiqiçilər tərəfindən ifa olunub.
Yeni mahnı artıq rado dalğalarında səslənir. F. Səfərov "Sevgi nağılı"a klip çəkdirmək fikrində olduğunu da bildirdi: "Mahnıya xarici ölkələrdən birində ekran həyatı veriləcək. Azərbaycanın hər güşəsi maraqlı və mənzərəlidir. Rejissorlarımız da professionaldır. Lakin fərqlilik olsun deyə xarici ölkəyə üz tutmaq fikrim var. Bundan əvvəl üç klipim Azərbaycanda çəkilib".

Müğənni “Sevgi nağılı”nın ünvanlı olduğunu da açıqladı: “Bu mahnını oxuyarkən gələcək həyat yoldaşıma həsr etmişəm. Mahnını oxuyarkən gələcək həyat yoldaşımı təsəvvür etmişəm, onu düşünmüşəm. İstərdim ki, bu mahnı sevgililərin himninə çevrilsin”

Xatırladaq ki, F. Səfərov 2012 ci ildə Azərbaycanda "Eurovision" Mahnı Müsabisinin milli seçimlərinin finalçısı olub.
Əvvəllər Moskvada yaşayan gənc müğənni son dörd ildə mütəmadi olaraq Bakıda fəaliyyət göstərdiyini də açıqladı: "Lakin yenə də bir ayağım Moskada, bir ayağım Bakıdadı. Son aylarsa yaradıcı fəaliyyətimi genişləndirmişəm. Radio dalğalarında bir neçə yeni mahnım dinləyicilərin ixtiyarına veriləcək".

 

Mahnının linki: https://www.youtube.com/watch?v=7uyl2rBp7rI&app=desktop 
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !