Gənc pianoçumuz Motsartın vətənində Qran- priyə layiq görülüb -

Gənc pianoçumuz Motsartın vətənində Qran- priyə layiq görülüb

Bu il noyabrın 1-də Avstriyanın Salzburq şəhərində artıq ikinci dəfə “Salzburq star” adlı beynəlxalq musuqi müsabiqə-festivalı keçirildi. Bu müsabiqədə Azərbaycanı, T.Quliyev adına 12 saylı on bir illik uşaq musiqi məktəbinin VI sinif şagirdi, ixtisas müəllimi, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovanın sinfində təhsil alan Ayan Məmmədli təmsil edirdi. Təbii ki, belə müsabiqələrdə proqram seçiminin rolu da çox böyükdür. Ayan Avstriyada dahi bəstəkar V.A. Motsartın doğulduğu Salzburq şəhərində keçirilən müsabiqədə Azərbaycan bəstəkarı Q.Qarayevin prelyudiyasıyla yanaşı, məşhur Avstriya bəstəkarları olan K.Çerni – F.Şubertin variasiyasını, həmçinin hazırda dünyaca məşhur müasir bəstəkar olan N.Kapustinin prelyudiyasını da ifa etdi .Qeyd edilməlidir ki, dünyanın bir çox tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin bu əsəri respublikamızda ilk dəfə 13 yaşlı Ayan Məmmədli tərəfindən ifa edildi. Müsabiqədə Ayan Məmmədlinin etdiyi möhtəşəm ifa həm dünyanın tanınmış musiqiçilərindən ibarət olan münsiflər heyəti, həm də bütün iştirakçılar və tamaşaçılar tərəfindən böyük heyrət və rəğbətlə qarşılandı. Elə bunun məntiqi nəticəsi olaraq, Azərbaycanlı gənc pianoçu Ayan Məmmədli “Salzburq star” müsabiqəsinin ən ali mükafatı olan Qran Priyə layiq görülməklə, respublikamızın üçrəngli bayrağını uzaq Avropada, respublikamız üçün önəmli olan 01 noyabr 2015-ci il V çağırış Milli Məclisə seçkilərin keçirildiyi tarix bir gündə şərəflə dalğalandırdı. Müstəqil Azərbaycanın istedadlı gənc övladının bu möhtəşəm qələbəsi xalqımızın yenilməzliyinin uzaq avropada bir daha sübutu oldu!
Xatırladaq ki, bu müsabiqəyə qədər Ayan Məmmədli artıq bir neçə beynəlxalq müsabiqədə - 2013-cü ilin fevralında Estoniyanın Narva şəhərində ( I və III yerlər), 2013-cü ilin avqustunda İtaliyanın Rimini şəhərində ( I yer ), 2014-cü ilin fevralında Malta respublikasının Valetta şəhərində (III yer), 2015-ci ilin fevral ayında Malta respublikasının Valetta şəhərində ( II yer) keçirilən beynəlxalq piano müsabiqələrində iştirak edərək, beynəlxalq müsabiqələr laureatı adını qazanıb.

 

Diaspor Jurnalistləri Birliyinin Mərbuat xidməti
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !