Vüsalə Kərimova ata evinə qayıdır - VİDEO - FOTO

Vüsalə Kərimova ata evinə qayıdır VİDEO - FOTO

Teleaparıcı Vüsalə Kərimova yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. Bir neçə ildən sonra yenidən ATV telekanalına dönən V. Kərimova bu dəfə “Yüz ölç, bir biç” adlı verilişinin aparıcısı olacaq. Xanım aparıcı AZpress.AZ - a açıqlamasında verilişin məqsədinin onun adı ilə bağlı olduğunu bildirib: “Yüz ölç, bir biç” adının içərisində verilişdə bir çox məqamlara toxunulacaq. Qoyulan mövzu ətrafında qonaqlarla yüz ölçüb, bir biçib sonda bir qərara gələciyik. Verilişdə müzakirə ediləcək mövzuları açıqlamayacam, çünki istəyirəm tamaşaçılar və digər telekanallar üçün sürpriz olsun. Belə bir layihə Azərbaycan teleməkanında yoxdur. Veriliş 7-dən 77-ə hamını maraqlandıracaq. Əlbəttə ki, hər dəfə verilişdə şou-biznes nümayəndələrindən biri qonaq olacaq.

“Yüz ölç, bir biç” noyabr ayının sonlarından efirə gedəcək və həftədə bir dəfə yayımlanacaq. V. Kərimova yenidən ATV telekanalına qayıtmasının təsadüf olmadığını açıqladı: “ Yayda “Günaydın” verilişinin sezon buraxılışı oldu və bununla da mənim SOY productionla işbirliyim sona çatdı. 19 ildir ki, televiziyada çalışıram. Hesab edirəm ki, artıq öz layihəmi təqdim etmək zamanı gəldi. Kiminsə əlinin altında çalışmaqdansa öz layihəm, öz fikirlərimi irəli sürməyi üstün tutdum. Bu məqsədlə layihəmi ATV telekanalının rəhbərliyinə təqdim etdim, çox bəyəndilər. ATV-yə getməyimə məmnunam, çünki 5 il orada “Ana xəbər” buraxılışını aparıcısı olmuşam. 2006-cı ildə oradan ayrılıb İTV-yə getdim, sonra “Araz” radiosu və MuzTv-nin rəhbəri oldum. Bir neçə yerdə çalışsam da hər zaman ürəyim ATV ilə döyünüb, çünki mənim üçün ora ata evi kimidir”.

 

Verilişin anonsu: https://www.youtube.com/watch?v=Oc59stDB5lA
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !