Sumqayıt Dövlət Dram teatrında Cəsur dərzi tamaşasının daxili baxışı keçirildi -

Sumqayıt Dövlət Dram teatrında “Cəsur dərzi” tamaşasının daxili baxışı keçirildi

Sumqayıt Dövlət Dram teatrında Qrimm qardaşlarının nağılları əsasında Vasif Məmmədovun səhnələşdirdiyi “Cəsur dərzi” tamaşasının daxili baxışı keçirildi. Tamaşanın sujet xəttində ədalətsizliyə qarşı ağılla mübarizə və qəti qələbə dayanır. Belə ki uzaq bir ölkədə vəhşi məxluqların tutduğu divanın qarşısında hər kəs acizdir. Yalnız cəsarətli gənc dərzi öz ağlı ilə insanları bu bəladan qurtara bilir. Tamaşanın quruluşcu rejissoru Vasif Məmmədovdur. Rollarda əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova və çıxış edirlər. Habelə teatrın nəznində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollara qatılıblar. Daxili baxışdan sonra keçirilən müzakirədə direktor İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış etdilər.
Ümumilikdə bu nağıl-tamaşanın sumqayıtlı uşaqlara maraqlı hədiyyə olacağı bildirildi, həmçinin qüsurlar da dilə gətirildi. Çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyyə olundu.
Xatırladırıq ki, 6 noyabr tarixində tamaşanın premyerası keçiriləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !