Qarabağda seçkilər - FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

Qarabağda seçkilər FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

84 Saylı Füzuli DSK-ından bildirilib ki, 71 seçki məntəqəsi var. Bununla yanaşı 2 məntəqə rayon ərazisində olan N saylı hərbi hissədə yerləşir. Dairədə 45494 nəfər seçicinin seçki qutusuna atacağı bulutendə 5 namizədin adı qeyd olunub. Xarici müşahidəçilərin yer almadığı 84 saylı Füzuli Mərkəzi Seçki Dairəsidə 264 yerli müşahidəçi qeydiyyatdan keçib.
Bundan başqa respublikanın 12 rayonu ərazisində 25 məntəqəsi yerləşir ki, onlarında 7-sində veb kameralar quraşdırılıb. Ümumilikdə dairə üzrə 47825 nəfər seçicinin iştirak edəcəyi gözlənilir.

41068 seçicisi olan 81 saylı Beyləqan Dairə seçki komitəsidə 39 məntəqə yerləşir. Bunlarından 6-sı rayon ərazisində yerləşən N saylı hərbi hissədədir. 6 namizədin mübarizə aparacağı dairənin 5 məntəqəsində veb kamera quraşdırılıb. 81 saylı Beyləqan Dairə seçki komitəsidə 285 müşahidəçi qeydiyyatdan keçib.

Respublikanın 48 rayon və şəhərində məntəqəsi olan 121 saylı Laçın dairə Seçki Komisiyasında 5 namizəd 45370 seçicidən səs gözləyəcək. 100 məntəqəsi və 700 müşahidəçisi olan dairədə xarci müşahidəçilər iştirak etməyəcək.
Qeyd edək ki, 121 saylı Laçın dairə Seçki Komisiyasının 17 məntəqəsi Ağcəbədi rayonu ərazisində yerləşir.

46 məntəqəsi olan 82 saylı Ağcabədi Dairə Seçki komisiyasında 45397 seçici 8 namizəddə səs verəcək. Dairədə xarici müşahidəçilər iştirak etməsədə 470 yerli müşahidəçi qeydiyyatdan keçib. Ümumilikdə 46 məntəqədən 7-sində veb kameralar quraşdırılıb ki, bunların 6-sı şəhərdə 1 kəndə yerləşir.

42 məntəqə 47629 seçiciyə xidmət edəcək. 5 namizədin mübarizə aparacağı seçki dairəsinin 3 məntəqəsi hərbi hissələrdə yerləşir. 447 nəfər yerli müşahidəçilərin xidmət aparacağı 119 saylı Ağdam kənd seçki dairəsinin 2 məntəqəsində veb kameralar quraşdırılıb. Dairəyə exitpolun gələcəyidə gözlənilir.

118 saylı Ağdam Şəhər seçki dairəsində 577 nəfər seçici ilk dəfə səs verəcək, onlarında ikisi 18 yaşlarını məhs seçki günü tamamlayır. 39442 seçicisi olan şəhər seçki dairəsində 46 məntəqə mövcuddur ki, onların ikisində veb kamera quraşdırılıb. 6 namizədi olan seçki dairəsinə xarici müşahidəcilərində gəlişi gözlənilir. Dairədə ümumilikdə 410 yerli müşahidəçi xidmət aparacaq.

Bu gün Bərdədə parlament seçkilərində 87694 nəfər seçicinin səs verməsi gözlənilir. Səsvermə 2 dairə, 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd dairəsi üzrə keçiriləcək. 93 saylı seçki dairəsi üzrə 50 məntəqə var, bunlarda 2-sində hərbiçilər səs verəcək. 11 məntəqədə vebkameralar quraşdırılıb ki, seçkinin gedişatını canlı izləmək mümkün olacaq. Sözügedən dairə üzrə 6 nəfər parlamentə yer uğrunda mübarizə aparacaq. 1-i Ana Vətən partiyası tərəfindən, 1 nəfər Bütöv Azərbaycan Xalq cəbhəsi partiyası tərəfindən namizədlikləri irəli sürülüb. Digərləri isə müstəqil namizədlərdi. 94 saylı Bərdə kənd dairəsi üzrə isə 54 məntəqə var. Bunlardan da 5 də vebkamera quraşdırılıb. Bura da da 6 namizəd mübarizə aparır. Bir nəfər Yeni azərbaycan partiyasının 1 nəfər isə Bütöv Azərbaycan xalq cəbhəsi partiyasının namizədidi. Yerdə qalan 4 nəfər isə müstəqil şəkildə namizədliklərini verib.

Qeyd edək ki, bu zamanadək adları çəkilən heçbir DSK-da neqativ hal qeydə alınmayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !