Azərbaycan Dillər Universitetində xeyriyyə məqsədi ilə sərgi təşkil olundu -

Azərbaycan Dillər Universitetində xeyriyyə məqsədi ilə sərgi təşkil olundu

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində universitetin "SABAH" tələbələrinin əl işləri sərgisi keçirildi. ADU-nun "SABAH" tələbələrindən ibarət "9th Generation" adlı klubun və "SABAH" mərkəzinin təşkilatçılığı ilə baş tutan sərgidə ev şirniyyatları, bəzək əşyaları, rəsm əsərləri və kitablar təqdim olundu. Sərgi iştirakçıları arasında İnformasiya Resurs Kompleksinin rəhbəri Şəhla Xudiyeva, İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfa Kazımova, "SABAH" resurs mərkəzinin rəhbəri Gülnar Dadaşzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH" bölməsinin əməkdaşları Mehriban Nəzərova, Günay İmanzadə, ADU-nun müəllimləri və tələbələri vardı.
Sərgi ilə yanaşı tədbirdə "SABAH" qrupları haqqında təqdimat göstərildi və tələbələrdən ibarət musiqi qrupu mahnılar ifa etdilər.
Qeyd edək ki, sərgi xeyriyyə məqsədi ilə təşkil olunub və yığılan məbləğ qocalar evinə sərf olunacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !