ADU tələbəsi İnformal Education layihəsində -

ADU tələbəsi “İnformal Education” layihəsində

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyevin verdiyi məlumata əsasən adıçəkilən fakültənin Britaniyaşünaslıq ixtisasında təhsil alan III kurs tələbəsi Rəcəb Səfərov bu yaxınlarda Rusiyanın Rostov Velikiy şəhərində keçirilən "Informal Education" adlı layihədə iştirak edib. O, bu layihədə Azərbaycanı təmsil edən yeganə iştirakçı olub. Avropanın 22 ölkəsindən olan gənclərin iştirak etdiyi layihədə onlara "Informal", "Formal" və "Non Formal" təhsil sistemi, onun öyrənmə metodları haqqında məlumat verilib, həmçinin mövzu ətrafında debat aparılıb.
Seminarlardan öncə müxtəlif şəhərlərə səyahət edən ADU tələbəsi rus xalqının adət-ənənələri, milli yeməkləri və yaşam tərzi ilə yaxından tanış olub. Layihə zamanı keçirilən konfranslar və müxtəlif mövzuları əhatə edən müzakirələr, təlimlər ona komanda şəklində işləməyi və səhvlərdən nəticə çıxarmağı öyrədib. Tələbəmiz vətəndən özü ilə apardığı müxtəlif suvenirləri, milli geyimlərimizi, həmçinin milli mətbəximizin ləziz təamlarını iştirakçılara təqdim edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !