"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Açılış Kuboku" turnirinin seçim mərhələsi təşkil olunub -

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Açılış Kuboku" turnirinin seçim mərhələsi təşkil olunub

Okyabr ayının 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubu və "Akademiya" Tədris Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə ADPU-nun əsas tədris binasında Azərbaycan intellektual aləmində ən böyük layihə olan "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Açılış Kuboku" turnirinin seçim mərhələsi təşkil olunub. Oyunda əvvəlcədən qeydiyyatdan keçmiş 185 komandadan 171-i iştirak etmiş və oyun 13 oyun meydançasında keçirilmişdir. Səslənən 24 sualın və əlavə sualların nəticələrinə əsasən ən yaxşı nəticə göstərən 30 komanda final mərhələsinə vəsiqə qazandı. Final mərhələsi isə 08.11.2015 tarixində "Boulevard Hotel Baku"-da keçiriləcək.

 

 

 

Hörmətlə: Ramid Seyfullayev, ADPU TGT Mətbuat və İctimai Əlaqələr Departamentinin direktoru
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !