Bərdədə Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır adlı tədbir keçirilib - FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

Bərdədə “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” adlı tədbir keçirilib FOTO (AZpress.AZ - Qarabağ, Elgün Rəhimov)

AZpress.AZ xəbər saytı məlumat verir ki, Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanada 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdi, sarsılmazdır” adlı dəyirmi masa təşkil edilib. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, Heydər Əliyev Mərkəzinin və Tarix diyarşünaslıq müzeyinin işçiləri itirak ediblər. Kitabxananın fəal oxucularında qatıldığı tədbiri giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq bildirib ki, 1991-ci il avqust ayının 30-da “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında” Beynəlxalq bəyənnamə elan olunub. Bundan bir qədər sonra isə oktyabr ayının 18-də ali qanunvericilik orqanı “Dövlət Müstəqilliyi haqqında” konstitusiya aktını qəbul edib. Beləliklə, 71 ildən sonra Azərbaycan dövləti öz müstəqilliyini bərpa edib.


Kitabxananın baş kitabxanaçısı Fəxriyyə Quluyeva “Müstəqil Azərbaycan” adlı geniş məruzə ilə çıxış edib. Çıxışında bildirdi ki, Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur.

Çıxış ətrafında fəal oxucu Cəfərov Anar Müstəqil Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmasında bəhs edib.

Sonra kitabxanaçı Səriyyə Məhərəmova Müstəqil Azərbaycanın yaranma tarixindən çıxış edərək bildirib ki, “1918-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur. Lakin bu respublikanın ömrü qısa oldu. Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazimi əsaslar yaratmışdır. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib olundu”.

sonda tədbir iştirakçıları Müstəqillik Gününə həsr edilmiş video çarxa baxıblar.
qeyd edək ki, kitabxanada müstəqillik gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” adlı fotosərgidə təşkil edilib.

 

Elgün Gəncimsoy –  AZpress.AZ  – Bərdə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !