Oyuq studiyasının bayram konserti -

“Oyuq” studiyasının bayram konserti

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır.
Bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə öz ətraflarına toplayacaqlar.
UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-ə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında "Yatmış gözəl" adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı nəzərdə tutulur.
Uşaqlara vətənpərvərlik, dürüstlük, dünyaya məhəbbət, sülhə çağırış aşılayan tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunacaq.
Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.
Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !