Masallıda Ağıl Dəryası intellektual bilik yarışı üzrə rayon birinciliyi - FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

Masallıda “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyi FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

AZpress.AZ - Masallıdan (Əlihüseyn Şükürov) xəbər verir ki, bu gün, 14 oktyabrın 14 - də Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin dəstəyi ilə orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
“Ağıl Dəryası” İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Oyunun qayda və şərtləri iştirakçılara izah olunduqdan sonra yarışa start verildi. Gərgin keçən mübarizədə 16 məktəbin komandası öz bilik və bacarıqlarını sınamışlar. Yarışın yekununa əsasən E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbinin komamndası I yerə, Çaxırlı kənd tam orta məktəbin komandası II yerə, R.Əlihəsənov adına Şəhər 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !