FHN-in əməkdaşı cüdo çempionatında mükafata layiq görülmüşdür -

FHN-in əməkdaşı cüdo çempionatında mükafata layiq görülmüşdür

12-13 oktyabr tarixlərində Bakı Əl Oyunları Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 18 komanda və 215 iştirakçı mübarizə aparmışdır. Yarışın baş hakim İbadulla Şabanov olmuşdur. Çempionatda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak etmişdir. Komandanın üzvü, Xüsusi Riskili Xilasetmə Xidmətinin çavuşu Zaur Tağıyev ağır çəkidə (100 kq-dan yuxarı) 3-cü yeri tutmuşdur.

 

Qeyd edək ki, komandanın məşqçisi Taleh Sadıqovdur
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !