Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandı -

Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandı

Oktyabrın 12-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandı. Müqavilədə tədris sahəsində akademik əməkdaşlığı asanlaşdırmaq, birgə tədqiqat proqramlarını inkişaf etdirmək, ikitərəfli konfrans və görüşlər təşkil etmək, müəllim-tələbə mübadiləsi həyata keçirmək, hər bir ölkənin mövcud qaydalara uyğun olaraq tələbə və tədris proqramlarını tanıtmaq nəzərdə tutulur.
Qeyd edək ki, Fransanın Bordo Universiteti IV Papa Yevgeni tərəfindən yaradılıb və dörd fakültədən (incəsənət, tibb, hüquq və ilahiyyat) ibarətdir. Bordo Universitetinin 50000 nəfər tələbəsi və 6000 nəfər əməkdaşı var. 23 dilin tədris olunduğu universitetin əsas məqsədi tələbələri yüksək keyfiyyətli araşdırma proqramları ilə təmin etmək, elmi və texnoloji təqdiqatlar aparmaq, həmçinin beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Fransanın öndə gedən universitetlərindən biri olan Bordo Universitetinin akademik kursları və araşdırmaları dünyada daha çox tanınır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !