Gündəlik danışıqda ingilis dili -

“Gündəlik danışıqda ingilis dili”

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) professorunun “Gündəlik danışıqda ingilis dili” adlı kitabı nəşr olunub. Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, adıçəkilən kafedranın baş müəllimi Tahirə Zairova və müəllimi İlahə Əliyevanın həmmüəllifliyi ilə “Gündəlik danışıqda ingilis dili” (Everyday English in Conversation) adlı kitabı işıq üzü görüb. “Nərgiz” nəşriyyat–poliqrafiya müəssisəsində səhifələnən və çap olunan kitab 505 səhifədən ibarətdir.
Kitabın nəşr olunmasının əsas məqsədi təkcə ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək deyil, eyni zamanda sərbəst şəkildə dil öyrənmək istəyənlərin müxtəlif sferalarda öz dünyagörüşlərini genişləndirməsi, həmçinin idiomlardan və jarqonlardan istifadə edərək bu ifadələrin öyrədilməsidir.
Kitab mətnlərlə, mövzuya uyğun idiomlarla və mövzunun sonunda olan tapşırıqlarla zəngindir. 29 bölmədən ibarət olan kitabın hər bir bölməsinə uyğun video lentlərin yer aldığı disk də əlavə olunub ki, video-lentlərdə hər mövzuya uyğun 1 dil daşıyıcısının fikirləri vardır.

 

Əlaqə
012 440 29 31
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !