Musiqili Teatrın yeni saytı hazırlanır -

Musiqili Teatrın yeni saytı hazırlanır

Yaxın günlərdə Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə veriləcək. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, hal-hazırda Dövlət Musiqili Teatrının www.statemusicaltheatre.az saytı fəaliyyət göstərir. 106-cı mövsümün başlanması ərəfəsində isə teatr rəhbərliyi yeni saytın yaradılmasıyla bağlı qərar verib. “Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyidir. Yeni saytımızı hazırlayan yaradıcı və texniki heyyət qabaqcıl dünya teatrlarının bu sahədəki təcrübəsindən maksimum yararlanmağa çalşır. İnanıram ki, ortaya yaxşı bir iş çıxacaq. Artıq tamamlanma işləri gedir. Yəqin ki, növbəti həftə üçün yeni saytımız hazır olacaq”, - deyə Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !