Şəmkir nümayəndə heyəti Binəqədi rayonunda qonaq oldu - FOTO (İlkin Həmidov - AZpress.AZ)

Şəmkir nümayəndə heyəti Binəqədi rayonunda qonaq oldu FOTO (İlkin Həmidov - AZpress.AZ)

Şəmkir rayonunun "Bölgələrdən paytaxta" adlı layihədə iştirak edən nümayəndə heyəti Binəqədi rayonunda qonaq oldu.
Nümayəndə heyətinin tərkibində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev və Şəmkir gəncləri iştirak edirdilər.
İlk öncə qonaqları Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı və rayonun fəal gəncləri qarşıladılar.
Heydər Əliyev adına istirahət parkını gəzən qonaqlar burada yaradılmış şəraitlə və YAP Binəqədi Rayon Təşkilatının inzibati binası ilə tanış oldular. Sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətində oldular. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqlara İcra Hakimiyyətinin inzibati binası və görülən işlər haqqında geniş məlumat verdi.
Tanışlıqdan sonra Şəmkir rayon nümayəndə heyətini qəbul edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov nümayəndə heyətini salamlayaraq ilk öncə onları "Bölgələrdən paytaxta" adlı layihədə uğurlu iştiraklarına görə təbrik etdi. Sonra Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı haqqında danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirləri nümayəndə heyətinin diqqətinə çatdırdı. Daha sonra Xaləddin İsgəndərov bu yaxınlarda gənclərin regionlarda gedən işlərlə yaxından tanış olması məqsədilə Şəmkir rayonunda keçirilən “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi haqqında danışaraq bu qəbildən olan layihələrin gələcəkdə də davam edəcəyini bildirdi.
Daha sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva qonaqpərvərliyə görə rayon İcra Hakimiyyətinə təşəkkür edərək “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsinin həyata keçirilməsi üçün Şəmkir rayonunun seçilməsini sevindirici hal kimi qeyd etdi və bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Görüşlərdən sonra qonaqlara rayon ərazisində yerləşən Qafqazın ən böyük məscidi “Heydər” məscidi və onun ətrafında görülən abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verildi.
Günün sonunda nümayəndə heyəti ilə səmimi görüş şam yeməyi ətrafında davam etdirildi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !