I Avropa Oyunlarının nəticələrilə bağlı yeni layihəyə start verildi -

I Avropa Oyunlarının nəticələrilə bağlı yeni layihəyə start verildi

 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdiridiyi daha bir layihənin təqdimatı keçirilib. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin həyata keçirəcəyi bu layihə “Bakı 2015” I Avropa Oyunlarının nəticələrinin video müzakirəsi” adlanır.
Layihənin əsas məqsədi I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin iqtisadi və siyasi baxımdan ölkəmizə verdiyi və verəcəyi üstünlükləri araşdırmaq və ictimaiyyətə çatdırmaqdır. Layihə çərçivəsində 6 video müazakirənin aparılması və onun mediada yayılması nəzərdə tutulub. Həmin video müzakirələrdə ölkənin tanınmış iqtisadçı ekspertləri çıxış edəcək. Layihə ilə bağlı bölgələrdə də səfərlər nəzərdə tutulub. İctimaiyyət nümayəndələri və fəallrla birgə keçirləcək müzakirlərdə I Avropa Oyunlarının naticələri və gözlənilən dividentlərdən söhbər aşılacaq.
3 ay davam edəcək layihənin noyabrda başa çatdırılması nəzərdə tutulur. Bu müddət ərzində layihə ilə bağlı xüsusi monitorinqlər keçiriləcək. Həmçinin layihə çərçivəsində xarici ölkələrdən birində Azərbaycanla bağlı sorğunun keçirilməsi də nəzərdə tutulur. Bu fəaliyyət istiqaməti layihədə nəzərdə tutulmasa da, təşkilatçılar bunu şəxsi təşəbbüs kimi həyata keçirmək niyyətindədirlər. Sorğunun əsas məqsədi, oyunlardan sonra həmin ölkə əhalisinin Azərbaycan haqda məlumatlarının hansı səviyyədə olmasını müəyyənləşdirməkdir. Eyni zamanda, oyunlarda iştirak etmiş xarici idmançıların öz ölkələrinə qayıtdıqdan sonra mediaya verdikləri açıqlamalr da araşdırılacaq.
Tədbirdə bir çox tanınmış şəxslər və KİV nümayəndələri iştirak edib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !