Bölgələrdən paytaxta layihəsi Şəmkirə həsr ediləcək -

“Bölgələrdən paytaxta” layihəsi Şəmkirə həsr ediləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində Şəmkir rayonuna həsr olunmuş tədbir Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə sentyabrın 21-də, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.
Qeyd edək ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy və İsmayıllı rayonlarının Bakı şəhərində təqdimatları keçirilmişdir. İlin sonunadək Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə həsr edilən tədbirlərin təşkili nəzərdə tutulur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !