Bakıda Meksika mətbəxi həftəsi -

Bakıda Meksika mətbəxi həftəsi

Meksika Səfirliyi xəbər verir ki, Meksıkanın Müstəqillik Gününün Azərbaycanda ilk dəfə qeyd olunmasının bir hissəsi olaraq, Bakı şəhəri, Xətai rayonunda yerləşən Dəmirçi Towerdəki “Gate 25” restoranında 16-18 sentyabr 2015-ci il tarixlərində meksikalı baş aşpaz Angel Vazquez tərəfindən Meksika mətbəxinin təamlarından ibarət menyu təqdim olunacaqdır.

Meksikanın tarixi və coğrafi mövqeyinin nəticəsi olaraq ispan, Asiya, Afrika və Avropa mətbəxi, həmçinin, Meksika müxtəlif qədim tayfalarının yeməklərindən gələn rəng, dad və formaların geniş çeşidinə gorə Meksika mətbəxi 2010-cu ildə UNESCO-nun Bəşəriyyətinin Qeydi-maddi İrsi kimi tanınmışdır.

Baş aşpaz Angel Vazquez 10 ildən artıqdır ki, Meksika mətbəxinin dadını dünyanın müxtəlif yerlərinə çatdırır. Onların arasında Mərakeş, Tayland, Yunanıstan, İndoneziya, Peru, Luksemburq, Almaniya, Birləşmiş Ştatlar, Fransa və Vatikan vardır.

Meksikanın mərkəzində yerləşən Puebla ştatından olan baş aşpaz Angel Vazquez orada İaşə üzrə bakalavr və Qida və İçkilərin İdarə edilməsi üzrə Magistr dərəcələrini almışdır. Sonra Paris və Taylandda təhsilini davam etdirmiş, Mişelin bələdçisi tərəfindən tanınan Nyu-York, Paris və Barselonanın restoranlarında çalışmışdır.

Meksikalı baş aşpazın “Gate 25” restoranındakı təqdimatı azərbaycanlılara Meksikanın əzəli və canlı mədəniyyətinin vacib bir parçasına yaxınlaşmağı təklif etmək niyyətindədir. Əsl Meksika mətbəxindən dadmaq imkanını qaçırtmamaq üçün hər kəs bu tədbirə dəvət olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !