YAP Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi -

YAP Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Rəsulzadə qəsəbə gəncləri ilə görüş keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Rəsulzadə qəsəbə gəncləri, 2015-ci il tədris ilində qəsəbə üzrə yüksək bal toplayanlar, ilk dəfə səs verənlərvə valideynlər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclərin hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu bildirdi. YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri qeyd etdi ki, güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Binəqədi rayonunda gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan Mahmud Məmmədzadə rayon rəhbərliyi və YAP Binqədi Rayon Təşkilatı tərəfindən gənclərə yaradılan şəraitdən danışdı.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək 2015-ci il tədris ilində tələbə adını qazanmış, həmçinin 18 yaşını tamamlayaraq səsvermə hüququna malik olmuş gəncləri təbrik etdi. Ramiz Göyüşov Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin önəmli rolunu vurğuladı. “Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu strategiyanın uğurla davam etdirən isə, əlbəttə, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevdir. Dövlət başçısının gənclərə diqqət və qayğısı böyükdür. YAP sıralarının gəncləşməsi də Prezident İlham Əliyevin gənclərə olan güvəni və etibarı, gənclərin isə ölkə başçısına olan etimadı doğrultması ilə birbaşa əlaqəlidir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov tərəfindən rayonda gənclərin inkişafı üçün yaradılmış hər cür şərait də dövlət siyasətinin tərkib hissədir” – deyə YAP Binəqədi Rayon Təşkilatının sədri bildirdi.Ramiz Göyüşov qeyd etdi ki, qarşıdan parlament seçkiləri gəlir və bu seçkilərdə hər bir ölkə vətəndaşı kimi gənclər də fəal iştirak etməlidir. Xüsusilə 18 yaşını tamamlayaraq seçici adını qazanan, səsvermə hüququna malik olan gənclər üçün bu yeni bir mərhələ olduğu kimi, onların bu prosesdə aktiv iştirakı da ölkə üçün önəmlidir.
YAP Binəqədi Rayon Təşkilatı Rəsulzadə Bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Elnar Alməmmədov hesabat nitqi ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edir.
Daha sonra Rəsulzadə Bələdiyyəsində Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri, fəal gənc Rüfət İsayev, Rəsulzadə Bələdiyyəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları üzrə mütəxəssisi, fəal gənc Sara Qurbanlı, bu il tələbə adını qazanmış Elmira Həşimova, Rafiq Cabbarov və digər gənclər təkliflərlə çıxış etdilər.
Sonda Rəsulzadə Bələdiyyəsi adından 2015-ci il tədris ilində qəsəbə üzrə yüksək bal toplayanlara və ilk dəfə səsvermə hüqüqu qazanan gənclərə hədiyyələr təqdim olundu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !