Şair Hüseyn Cavidin qızı Turan Cavidin anım günüdür -

Şair Hüseyn Cavidin qızı Turan Cavidin anım günüdür

Turan Cavid Hüseyn Cavid qızı 2 oktyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuş, 1940-cı ildə Bakı şəhəri 189 N-li məktəbi, 1950-ci ildə isə Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Müharibə illərində — 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində arxivarius, 1943-1944-cü illərdə həmin komitədə məsul redaktor, 1944-1945-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi, 1945-1949-cu illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində baş laborant, 1950-1953-cü illərdə müəllim (1983-cü ilə kimi), 1953-1967-ci illərdə, eyni zamanda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi, 1968-1991-ci illərdə həmin muzeyin direktoru vəzifələrində çalışmışdır. H.Cavidin ev muzeyi yarandığı gündən ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik etmişdir. Muzeyin yaradılmasında, eksponatların toplanıb sərgiyə hazırlanmasında, onların tədqiqi və təbliğ edilməsində çox böyük xidmətləri olmuşdur. Onun gərgin əməyi nəticəsində bu gün muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondlarında isə 300-dən artıq eksponat toplanmışdır. O, Hüseyn Cavidin ev muzeyinin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirmişdir.

Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkmişdir.

Turan Cavid "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, "Əmək rəşadətinə görə" medalı, Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı" ilə təltif edilmişdir, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

 

2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.

 

Filmoqrafiya
Cavid ömrü (film, 2007)
Cavidi xatırlarkən (film, 1982)
Əbədiyyət elçisi (film, 2005)
Qayıdış (film, 1992)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Memar (film, 2006)
Müstəqillik yollarında. Birinci film (film, 2004)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)
Səma şairi (film, 2004)
Tikdim ki, izim qala (film, 1997)
Topal Teymur (film, 1983) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !