Əziz teatr sevənlər, bu gün Azərbaycan Teatr və Kino sənətinə ağır itki üz verdi -

Əziz teatr sevənlər, bu gün Azərbaycan Teatr və Kino sənətinə ağır itki üz verdi

Əziz teatr sevənlər, bu gün Azərbaycan Teatr və Kino sənətinə ağır itki üz verdi Ömrünü səhnəyə kinoya həsr edən sənətkar Xalq Artisti əvəzolunmaz səsə malik səsi ilə yadaşmızda həkk olunan İlham Əsgərov vəfat edib.Allah rəhmət eləsin ruhu şad olsun qəbrli nur ilə dolsun məkanı cənnət olsun AMİN

 

Həyatı

3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir:
Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,
Hüseyn Cavid "İblis" Ərəb,
Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,
Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,
Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,
Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,
İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,
İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,
İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,
İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,
İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,
Uilyam Şekspir "Kral Lir" Fransa kralı,
Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,
Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,
Əli Əmirli "Mesenat" N.Nərimanov.
H.Həsənov"Qürbətdən gələn məktublar"M.F.Axundov
Süleyman Sani Axundov "Qaraca Qız" Piri Baba
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.
Azərbaycan Dövlət Televiziyasında:
Uilyam Şekspirin "İki veronalı" (Valentin)
İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
Mar Bayciyevin "Ər və arvad" (Əziz),
Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
və s. teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.
İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə[1] və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

6 sentyabr 2015-ci ildə vəfat etmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !