Cəmilə Vasifqızı: - Axtarır səni

Cəmilə Vasifqızı: Axtarır səni

Axtarır səni
Nə qədər həyatda əzizim varam,
Qayıt ömrümə,sevindir məni.
Gözümü dikib yola baxaram,
Kəlmələr ağlayır, axtarır səni.

Sənsiz həyatda boş bir varlığam,
Kimsəsiz qalan, yetim uşağam.
Ağacı solmuş, qırıq budağam,
Qayıt ömrümə, sevindir məni.

Yazılan hər hərf göz yaşıyladır,
Yazılan hər kəlmə səni yaşadır.
Yazılan hər misra axtarır səni,
Qayıt ömrümə,sevindir məni.

 

Deyirsən dostsan.

 

Deyirsən dostsan,
Bəs sən hardasan?
Dostluq dediyin,
Qırılmaz zəncir.
Sənin zəncirin,
Heç də görsənmir.
Əbədi bir dostluq,
Söz verdin mənə
Demə dediyin,
Kiçik bir səhnə.
Dostluğun adına,
Ləkə gətirmə.
Adımı bir daha ,
Dilə gətirmə.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !