Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib -

Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib

Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, “Şərəf” ordenli, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Sənət dostları görkəmli aktyorun məzarını ziyarət edib, əklil qoyub. Teatrın bədii rəhbəri Azər Paşa Nemət çıxış edərək, Səyavuş Aslanın yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Kollektiv daha sonra Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar, milli rejissor sənətinin sütunları Adil İsgəndərov və Tofiq Kazımovun da məzarını ziyarət edib. Kollektivin üzvləri bu iki rejissorun Azərbaycan teatrı qarşısındakı misilsiz xidmətlərindən danışıb və qeyd ediblər ki, bu sənətkarlardaim ehtiramla yad ediləcək və teatrsevərlərin ürəyində yaşayacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !