III Xəmsə Yay Liqasını Uran qazandı -

III Xəmsə Yay Liqasını “Uran” qazandı

Qubada gənclərin yay istirahətinin səmərəli təşkili məqsədilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən ənənəvi III Xəmsə Yay Liqası turnirinə yekun vurulub.

8 turdan ibarət liqada qalib son turda məlum olub. 6 komandanın qatıldığı son turun qalibi adını Qusar rayonunu təmsil edən “Katyuşa” biliciləri qazansa da, bu, onlara yekunda qalib olmağa yetməyib.

Liqanın qalibi adını 262 yekun xalla Quba rayonunu təmsil edən “Uran” qazanıb. “Katyuşa” 256 xalla ikinci, Quba rayonunun Qımılqışlaq kəndini təmsil edən eyniadlı komanda 200 xalla üçüncu olub. Qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medallar və diplomlar verilib.

Liqada digər nominasiyalar üzrə də mükafatçılar müəyyən edilib.

Liqanın ən yaxşı oyunçusu adına tələbələrdən ibarət “E-Team” komandasının üzvü, Təhsil Nazirliyinin “Sabah” qrupunda təhsil alan BDU-nin tələbəsi Əli Rüstəmzadə qazanıb.

“E-team” komandasının kapitanı Məhəmməd Məmmədzadə liqaının “Ən çılğın kapitanı”, komandanın üzvü Elməddin Şıxmuradov isə “Ən riskli oyunçu”su seçiib.
“Ən uğurlu kapitan” nominasiyasında “Qımılqışlaq” komandasının kapitanı Etibar Cəmiyev, “Ən intizamlı komanda” nominasiyasında isə “Qımılqışlaq” komandası fəqrlənib.

Qusar rayonunu təmsil edən “Katyuşa” komandasının üzvü Raman Əsgərov liqaının “Ən uğurlu oyunçu”su adını qazanıb.

“El-nino” komandası liqanın “Ən gənc komanda”sı, “Edelveys” komandası isə “Ən uğursuz komanda”sı ünvanına sahib olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !