Binəqədi gəncləri Şəmkir rayonunda - FOTO (AZpress.AZ - İlkin Həmidov)

Binəqədi gəncləri Şəmkir rayonunda FOTO (AZpress.AZ - İlkin Həmidov)

02.09.2015-ci il tarixində “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsində iştirak hüququ qazanmış gənclər Şəmkir rayonuna yola salınmışdı.Gənclərin yola salınması mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri salamlayaraq Binəqədi rayonunda aparılan gənclər siyasətinin ölkəmizdə yürüdülən gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğulamış və rayon gənclərinin daim diqqətdə saxlandığını xüsusi olaraq qeyd etmişdir. Müavin Şəmkir rayonuna yola düşəcək kollektivə qarşıdakı 4 gün ərzində uğurlu istirahət arzulamış və təlimlərdən yararlanmağı tövsiyə etmişdir.
Layihə iştirakçıları və təşkilati komanda dəmiryolu vağzalına yola düşmüş və 03.09.2015 tarixində Şəmkir rayonuna çatmışdırlar. “Yastı Meşə” adlı istirahət kompleksində yerləşdirildikdən sonra iştirakçılar Ulu öndər Heydər Əliyevin Şəmkir rayonundakı abidəsini ziyarət etmiş və gül dəstələri qoymuşlar. Daha sonra layihə iştirakçıları Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinə səfər etmiş və “Parlaq Zəka” oyunlarının çəkilişlərində iştirak etmişlər.
Ekskursiyadan sonra təlimçi Əligül Ağayevin təqdimatında Liderlik təlimlərinə start verilmişdir.
Qeyd edək ki, 4 gün davam edəcək layihədə gənclər komandalar şəklində müxtəlif intellektual oyunlar və müsabiqələr çərçivəsində qalibiyyət uğrunda mübarizə aparacaq, bir sıra ekskursiyaların iştirakçıları olacaqlar


Foto: ilkin Həmidov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !