Yeni mövsümdə yeniliklərim çox olacaq deyən müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib -

“Yeni mövsümdə yeniliklərim çox olacaq” deyən müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib

Müğənni Nurlan Növrəsli isti yay aylarını tam olaraq sənətinə həsr edib. İstirahətə yox deyən ifaçı, bütün vaxtını səs yazma studiyasında olub. Bu haqda müğənni özü AZpress.AZ -a açıqlamasında bildirib.

“Hava nə qədər isti olsa da, musiqiyə olan sevgimi heç bir isti hava üstələyə bilməz. Buna görə də, istilərdə demək olar ki, səs yazma studiyasından çıxmamışam. “Nazlana-nazlama” adlı yeni mahnı ifa etmişəm. Mahnı mənim ifamda yeni olsa da, Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəlli, dillər əzbəri olan bir mahnıdır. Mən mahnını bu günün nəbzinə uyğun yenidən aranjeman etdirmişəm. İnanıram ki, ifam dinləyicilərin ürəyincə olacaq”.

AZpress.AZ -a açıqlamasında bəlli olub ki, müğənninin yeniliyi təkcə bununla yekunlaşmır. Senytabr ayında ifaçı 2 yeni kliplə tamaşaçıların qarşısına gələcək.

“Yeni mövsümdə yeniliklərim çox olacaq. Yeni mahnılarım və iki klipim işıq üzü görəcək. Kliplərdən biri “Nazlana-nazlana” adlı mahnıma, digəri isə repertuarımda ən çox sevdiyim əsərlərdən biri olan, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus “Gecə valsı” adlı mahnıma klip çəkiləcək”.
Sonda müğənni bu gün İstanbula işgüzar səfərə getdiyini də əlavə edib. O, bildirib ki, Türkiyədə bir sıra musiqiçilərlə görüşməli və mahnılarının yeni aranjemanlarını məhz orada həyata keçirəcək.
Nurlan Növrəsli eyni zamanda yay ayında dəniz kənarında fotosessiya da etdirib. AZpress.AZ müğənninin yeni mahnısını və fotosessiyasını təqdim edir.
Fotoqraf Ramin Abbasov

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !