"Gənclərin Incəsənət Sevgisi" adlı layihə çərçivəsində keçirilən sərgi başa çatmışdır. -

"Gənclərin Incəsənət Sevgisi" adlı layihə çərçivəsində keçirilən sərgi başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə , "Gənclərin Incəsənət Sevgisi" adlı layihə çərçivəsində keçirilən sərgi başa çatmışdır. Layihə rəhbəri Sevda Məmmədlinin verdiyi məlumata görə , "Park Bulvar" Ticarət Mərkəzində baş tutan sərgidə , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirin müavini İlqar Rəhimov, SMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Sağlamlıq İmkanları Məhdud olan Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova və mərkəzin istedadli gəncləri, əlillərlə işləyən bir çox ictimai birliklərin, eləcə də gənclər təşkilatlarının nümayəndələri, sənətsevərlər iştirak edib. Qonaqlar tərəfindən çox böyük maraqla qarşılanan sərgi 3 gün olmaqla, 30,31 iyul və 1 avqust tarixlərini əhatə etmişdir. Özündə sağlamlıq imkanları məhdud olan gənclərin müxtəlif növdə rəngarəng əl işlərinin nümayişini əks etdirən layihə KİV-lərdə də böyük oxucu və izləyici kütləsi qazanmışdır. Sonda layihəyə dəstək olan hər bir quruma ayrı-ayrılıqda təşəkkürünü bildirən layihə rəbəri, həm də layihənin əhəmiyyəti barədə geniş məlumat vermiş, bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !