Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Avto Akademiya BİNƏQƏDİ-2 layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. - FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. FOTO (Rüstəm İsmayılov - AZpress.AZ)

06 avqust 2015-ci il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” və “RƏVAN” Sığorta şirkəti, "NBC Bank" və Xəzər-Qərb Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, mayor Deyistani İsa, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov, Xəzər-Qərb Tədris Mərkəzinin təsisçisi Elçin İsmayılov, “NURGÜN” şirkətlər qrupunun Müştəri xidmətləri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reala İsazadə, “Avtosfer.az” saytının direktoru, “Qoşa xətt” verilişinin aparıcısı Elməddin Muradlı, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, “Avto Akademiya BİNƏQƏDİ” layihəsinin rəhbəri Nərgiz Qurbanova, eləcə də “Avto Akademiya Binəqədi-1” və “Avto Akademiya Binəqədi-2” layihəsinin iştirakçıları, gənclər iştirak etmişlər.
Tədbirin rəsmi hissəsini Nərgiz Qurbanova açaraq qonaqları salamladı və layihə haqqında məlumat verdi.
Sonra çıxış edən qonaqlar yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən danışdılar. Bu cür maarifləndirici sosial layihənin reallaşdırılmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə, təşkilatçılara minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra tədbirdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” şirkətlər qrupu, Xəzər-Qərb Tədris Mərkəzi və “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbinə layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə “Təşəkkürnamə”lər təqdim olundu.
Tədbirdə layihə iştirakçıları arasında viktorina keçirildi. Viktorinada şanslı olan 3 nəfər-Sarvan Zöhrabzadə, Nilufər Yunusova, Nurlan Ağamirzəyev müvafiq olaraq Xəzər-Qərb Tədris Mərkəzindən təlim paketi, “NBCBank”dan platinum kartı, Barselona futbol komandasının oyununa bilet əldə etdilər.
Tədbir çay süfrəsi ətrafında “Feeling” qrupunun ifasında konsert proqramı ilə davam etdirildi.

Qeyd edək ki, “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsində iştirak etmək üçün 194 nəfər müraciət etmiş, onlardan 117 nəfər müsahibəyə dəvət olunmuşdur. Müsahibəyə qatılan 117 nəfər gənc arasından 20 nəfəri layihədə iştirak hüququ qazanmışdır.
Layihə həm nəzəri, həm də praktiki təlimləri əhatə edir. Nəzəri təlimlər Xəzər-Qərb Tədris Mərkəzinin təcrübəli müəllimi İlqar Quliyev tərəfindən, praktiki təlimlər isə “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” Sığorta şirkəti tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə həyata keçirilmişdir. Hər bir təlim iştirakçısına pulsuz zəruri metodiki vəsaitlər paylanılmışdır. Təlimlərdən sonra hər bir layihə iştirakçısı Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi imtahanda müstəqil olaraq iştirak edəcəklər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !