Gələcək naminə ekologiyanin bərpası adlı layihə uğurla yekunlaşmışdır -

“Gələcək naminə ekologiyanin bərpası” adlı layihə uğurla yekunlaşmışdır

Azərbaycan Respublika Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gələcək naminə ekologiyanin bərpası” adlı layihə uğurla yekunlaşmışdır. Beləki, Mingəçevir şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclərin ətraf mühit ilə bağlı biliklərini artırmaqla onların ekologiyanın qorunması prosesində yaxından iştirakını təşviq etmək olmuşdur.
Layihə rəhbəri Məryəm İsmayılovanın bildirdiyinə görə onlar tərəfindən “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının “Ətraf mühitin qorunması və ekologiya məsələləri” müddəasına uyğun olaraq müntəzəm olaraq “təbiətin mühafizəsi”, “dağçılıq”, “ekologiyamızı qoruyaq” və s. mövzularda gənclər arasında maarifləndirmə işləri aparılır. O bildirib ki, bu dəfə isə gənclərin asudə vaxtının səmərəli təşkili zamanı gənclər arasında ekologiya mövzusunda təbliğat aparılmışdır.
Layihə çərçivəsində keçirilən tədbirlər zamanı iştirakçılara ətraf mühit ilə bağlı praktik biliklər verilmiş, onların ekologiyaya qorunmasına necə daha faydalı ola biləcəklərinin aydınlaşdırılması kimi məsələlər qeyd edilmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !