Bir məktəbin istedadlı yetirmələri -

Bir məktəbin istedadlı yetirmələri

Bakıdakı G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin bəstəkarlıq şöbəsinin 10-cu sinif şagirdi, istedadlı gənc bəstəkar Arzu Abbasova bu yaxınlarda Serbiyada bəstəkarların XII beynəlxalq müsabiqəsində böyük uğur qazanıb.
Məktəbin direktoru Yusif Vəliyev bildirib ki, 2003-cü ildə UNESCO-nın nəzdində yaradılan bu beynəlxalq müsabiqədə müxtəlif ölkələrin - Azərbaycan, Çin, Yaponiya, Cənubi Koreya, ABŞ, Yunanıstan, İtaliya, Norveç, Serbiya, Polşa, Litva və digər ölkələrin bəstəkarları təmsil olunublar. Yarışmaya 100-dən artıq əsər təqdim edilib.
Arzu Abbasova müsabiqədə 19 yaşadək olan kateqoriyada üç əsəri ilə müxtəlif nominasiyalar üzrə qalib gəlib. Solo musiqi aləti üçün yazılmış əsərlər nominasiyasında "Mövzu və variasiyalar" əsəri, instrumental əsərlər kateqoriyasında isə "Skripka və piano üçün fantaziya" birincilik əldə edib. Gənc bəstəkar "Cənnət lövhələri" adlı süitasına görə laureat adına layiq görülüb və müsabiqənin "Gənc və perspektivli bəstəkarı" adını qazanıb.
Müsabiqənin şərtlərinə görə qalib əsərlər müxtəlif konsert proqramlarında səslənəcək və notları məcmuə şəklində çap olunacaq. Sevindirici haldır ki, qalib əsərlər "Ümumdünya Bəstəkarlar Assosiyası"na təqdim ediləcək. Arzu Abbasova Rusiya, ABŞ, Qazaxıstan və s. ölkələrdə keçirilən müsabiqələrdə laureat adını qazanıb. Gənc bəstəkarın müəllimi Pikə Axundovadır.


* * *


G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 6-cı sinif şagirdi, skripkaçı Osman Mustafazadə isə Avstriyanın paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.
Hər il keçirilən "Grand Prize Virtuoso" beynəlxalq müsabiqəsi 20 yaşınadək gənc musiqiçilərin yarışdıqları mötəbər musiqi platformasıdır. Müsabiqənin özəlliyi ondadır ki, münsiflər heyətinin qərarları qaliblərə internet vasitəsilə çatdırılır. Ən yaxşı ifaçıları isə sentyabrda Vyanaya dəvət edir və möhtəşəm musiqi zallarının birində qala-konsertdə çıxışlarını təşkil edirlər.
Bu il 12 yaşlı O.Mustafazadə də bu müsabiqənin laureatı adını qazandığı üçün Vyanaya dəvət alıb. O, bundan əvvəl də müxtəlif respublika müsabiqələrinin laureatı olub, ötən il keçirilən "Barocco" müsabiqəsində laureat adını qazanaraq Beynəlxalq Muğam Mərkəzində təşkil olunan qala-konsertdə uğurla çıxış edib. Osman Xalq artisti, professor Zəhra Quliyevanın şagirdidir. Gənc musiqiçi bu günədək Azərbaycan Dövlət Filarmoniyasında, Milli İncəsənət Muzeyində və başqa incəsənət ocaqlarında solo və orkestrlə uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazanıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !