Şəmkir rayonu Heydər Əliyev Mərkəzində gənc xanım, istedadlı şairə Mətanət Quliyevanın Kəpənəyin saldığı yol şeirlər kitabının təqdimatı keçirilib -

Şəmkir rayonu Heydər Əliyev Mərkəzində gənc xanım, istedadlı şairə Mətanət Quliyevanın “ Kəpənəyin saldığı yol “ şeirlər kitabının təqdimatı keçirilib

 

Gənc şairənin həm də doğum gününə təsadüf edən təqdimat mərasimində rayon rəsmləri, ziyalılar, tanınmış şeir və sənət adamları, Mətanətin yaxın dostları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə Mətanətin Mərkəzə ilk gəlişindən, ötən müddət ərzində əldə etdiyi uğurlarından, Mərkəzlə əməkdaşlığından danışdı. Bu gün Mətanət Qudsi yalnız Şəmkirdə deyil, Bakıda da bir çox tədbirlərdə iştirak edir, bir çox uğurlara imza atır. Onun dostları arasında tanınmış ziyalılar, incəsənət nümayəndələri var.

Çıxış edən digər qonaqlar, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Şəmkir rayon şöbəsinin müdiri Azad Şərifov, Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əsgər Ələsgərov, “Istedadlı Əlillər” İB-nin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

(BMAM) sədrinin müşaviri Fuad Rəsul, tanınmış jurnalist, yazar İradə Əlili, Yazıçılar Birliyinin Gəncə şəhər bölməsinin üzvləri Aləmzər Əlizadə, Ramiz Təmkin çıxışlar edərək Mətanətin poeziyası, onun şeirlərindəki gözəllik, bəzən nisgilli, bəzən qəmli, ürək titrədən duyğular haqqında danışmış, gənc şairəyə öz xoş arzularını çatdırmışlar.

Gecədə Mətanətin şeirləri söylənilib, Kür qəsəbə Mədəniyyət Evinin nümayəndələrinin hazırladıqları bədii kompozisiya nümayiş olunub, musiqi nömrələri səsləndirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !