Füzulidə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib -

Füzulidə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Füzuli rayonunda Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Mərasimdə hərbi hissənin zabit, əsgər heyəti ilə yanaşı gənc əsgərlərin valideynləri də iştirak ediblər. Təntənəli marşın sədaları altında meydana hərbi hissənin döyüş bayrağı gətirildikdən sonra əsgərlər sədaqət andı içərək Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəklərinə söz veriblər.

Mərasimdə çıxış edənlər 13-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılması münasibəti ilə gənc əsgərləri və onların ailə üzvlərini təbrik ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.

 

Elgün Gəncimsoy - Füzuli 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !