AGAT-ın əməkdaşlıq etdiyi Alman təşkilatı GEB-in həyata keçirdiyi We can do inteqrativ gənclər mübadiləsi proqramında beş nəfər sağlamlığı məhdud istedadlı gənc iştirak edirlər. -

AGAT-ın əməkdaşlıq etdiyi Alman təşkilatı GEB-in həyata keçirdiyi “We can do” inteqrativ gənclər mübadiləsi proqramında beş nəfər sağlamlığı məhdud istedadlı gənc iştirak edirlər.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı (AGAT) təşkilatçılığı ilə 2015-ci il, 28 iyul – 6 avqust tarixlərində beş nəfər sağlamlığı məhdud istedadlı gənc Murad Məmmədov, Ceyhun Mahmudov, Natiq Rəhimli, Abuzərli Əbülfəz, Orxan Əliyev Rusiyanın Yaroslavl şəhərində AGAT-ın əməkdaşlıq etdiyi Alman təşkilatı GEB-in həyata keçirdiyi “We can do” inteqrativ gənclər mübadiləsi proqramında iştirak edirlər.
“We can do” Avopa Birliyinin inteqrativ gənclər mübadiləsi proqramı əsasında 9-cu dəfədir ki, həyata keçirilir. Sağlamlığı məhdud və sağlam olan 60 xüsusi bacarığa malik gənclər bu layihədə iştirak edir. Layihənin məqsədi müxtəlif ölkələrdən olan sağlamlığı məhdud və sağlam gəncləri bir araya gətirmək, məhdudiyyətin onların qarşısında bir səd olmadığını nümayiş etdirmək və onların birlikdə bacarıqlarının nümayiş olunmasıdır
Qeyd edək ki, “We can do” layihəsi növbəti illlərdə AGAT-ın təşkilatçlığı il Azərbaycanda keçirilməsi planlaşdırılır.

Hörmətlə,
Lalə Babayeva
AGAT katibliyi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !