"Polietilensiz ay" adlı layihəsi çərçivəsində təmizlik aksiyası keçirildi - FOTO

"Polietilensiz ay" adlı layihəsi çərçivəsində təmizlik aksiyası keçirildi FOTO

 25 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən 6-cı qrant müsabiqəsində qalib gəlmiş rayonun fəal gənci Natiq İsmayılovun "Polietilensiz ay" adlı layihəsi çərçivəsində təmizlik aksiyası keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Xocəsən bələdiyyəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisinə yerləşən Bakı Atıcılıq Mərkəzinin yaxınlığında keçirilən aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı, rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də aktiv iştirak etdilər.
Aksiya çərçivəsində ilk olaraq ərazi polietilen tullantıları və plastik qablardan təmizləndi. Təmizlik işlərindən sonra toplanılan polietilen tullantıları təkrar emala göndərildi.
Sonra layihə iştirakçılarına “Ekoloji tərbiyə və onun psixoloji əsasları” mövzusunda təlim keçirildi. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsinin IV kurs tələbəsi Günay Zeynallının təqdimatında keçirilən təlim layihə iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Təlimin sonunda çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev və Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov layihənin eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verdiyini xüsusi olaraq vurğuladılar.
Daha sonra təlim iştirakçılarının hər birinə sertifikat verildi.
Sonda aksiya iştirakçıları nahar süfrəsi ətrafında layihə ilə bağlı müzakirələr apardı, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əyləncə təşkil edildi.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !