Nicat Dağlar və Rahib Qərib jurnalistlərə təlim keçdi - FOTO

Nicat Dağlar və Rahib Qərib jurnalistlərə təlim keçdi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçı dəstəyi, Türkan Nadirqızının təşkilatçılığı ilə həyata keçirilən “Həyəcan siqnalı” layihəsinin növbəti təlimləri keçirildi.
Layihə iştirakçılarına Azərbaycanın tanınmış jurnalisti, Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar tərəfindən “Hərbi informasiya nədir”, “Hərbi jurnalistikanın Azərbaycanda tarixi” və s. kimi mövzularda təlim keçirilib və maraqlı diskussiya aparılıb. "Diqqət, düşmən mətbuatıdır!" layihəsinin rəhbəri olan N.Dağlar jurnalistlərə söz azadlığı və hərbi jurnalistika haqqında danışıb. Sonra N.Dağlar tərəfindən jurnalistlərin bir-birindən maraqlı sualları cavablandırıldı.
Daha sonra isə ehtiyatda olan mayor, ANS-in “Marş” hərbi vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qərib gənc jurnalistlərə hərbi informasiyanın düzgün verilmə qaydası haqqında təlim keçdi. R.Qərib bəzi saytların yaydığı yalan məlumatlar, bunun jurnalist etikasına zidd olması və hərbi jurnalistikada düzgün informasiya verilməsi probleminə də toxundu.
Eyni zamanda R.Qərib hərbi jurnalistikayla yanaşı, jurnalistikada olan dil probleminə də toxundu. Sonda R.Qərib maraqlı xatirələrini jurnalistlərlə bölüşdü.
Təlimlərin sonunda isə jurnalistlər üçün “Həyəcan günü” elan edilmişdir. Müəyyən edilən müddət ərzində jurnalistlər onlara verilən hərbi informasiyaya qarşı münasibətlərini yazılı formada bildirərək, verilən tapşırığı yerinə yetiriblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !