"İRƏLİ" İctimai Birliyi Avropa Komissiyasının (EVS) proqramı üzrə akkreditasiya alıb. -

"İRƏLİ" İctimai Birliyi Avropa Komissiyasının (EVS) proqramı üzrə akkreditasiya alıb.

İRƏLİ İctimai Birliyinin 1 illik müraciətindən sonra təşkilatın fəaliyyəti apardığı gənclər siyasətindəki rolu və mövcud imkanları yüksək dəyərləndirilərək, Avropa Komissiyasının gənclərlə bağlı olan ən böyük proqramına akkreditasiya üzrə müraciət dəyərləndirilmişdir.
Təşkilatın beynəlxalq əlaqələr katibliyinin bir neçə dəfə müsahibələrin uğurlu nəticəsi olaraq “İRƏLİ” sıralarına daxil minlərlə gənclər akkreditasiya uyğun olaraq Avropa ölkələrində beynəlxalq proqramlarda ödənişsiz olaraq cəlb olunmaq imkanı əldə edəcəklər.
Gənclər bu proqrama qoşulmaqla xarici könüllü gənclərlə beynəlxalq könüllülük sahəsində təcrübə mübadiləsi etməklə yanaşı öz dünyagörüşlərini və xarici dil biliklərini inkişaf etdirə bilərlər.
Qeyd edək ki, Avropa Könüllülük Xidməti (EVS) 18-30 yaş arası gənclərin müxtəlif sahələr üzrə 2 aydan başlayaraq 1 ilədək müddətdə Avropa ölkələrində könüllu olaraq təcrübə qazanması məqsədi ilə həyata keçirilən bir proqramdır.
Təşkilat tərəfindən müəyyənləşdirilmiş 2015-ci il inkişaf strategiyasına uyğun olaraq, təşkilatın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əldə olunan bu uğur gənclər üçün yeni imkanlar yaradacaqdır. Xatırladaq ki, İRƏLİ ictimai birliyi eyni zamanda Avropa böyük gənclər platformalarında müşahidəçi və tam hüquqlu üzv kimi təmsil olunur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !