"Mənim Mətbuat Katibim" - seçildi - FOTO

"Mənim Mətbuat Katibim" - seçildi FOTO

Azərbaycan mətbuatının yaranmasından 140 il ötür. Bu münasibətlə sözü gedən peşənin sahibləri bayramlarını müxtəlif səpkidə qeyd edirlər. Mətbuat nümayəndələri dövlət strukturları, onların əməkdaşlıq etdiyi qurumlar tərəfindən fəxri adlara layiq görülür, hədiyyələr və diplomlarla təltif olunurlar.

Bu ənənənin kənara çıxaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədinin Dostları Mətbuat Klubunun təşkilatçılığı, “CafeMedia” nın təşkilati dəstəyi ilə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifi olduğu “Mənim Mətbuat Katibim” layihəsi keçirildi. Layihənin məqsədi, daim jurnalistlərlə qarşılıqlı əməkdaşlıq edən Nazirliklərin, digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etməkdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak edirdi.

Tədbir Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Daha sonra layihənin ideya müəllifi Gülşanə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs vermələri xahiş etdi. Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova 1-ci yerə layiq görüldü. I, II və III yerlərin sahibləri və digər mətbuat katibləri Diplom və Fəxri Fərmanlarla təltif edildi. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verildi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin qonaqlarını salamladı və onları peşə bayramı münasibətilə təbrik etdi. Milli Mətbuatımızın keçdiyi uzun və çətin yoldan danışan natiq dövlətimizin hər bir sahəyə olduğu kimi, mətbuata da diqqət və qayğısından söz açaraq, son illərdə bu sahənin inkişafını diqqətə çatdırdı.
Tədbir bədii hissə ilə davam etdi. Sonda, xatirə şəkilləri çəkildi

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !