Şəki ikinci beynəlxalq ənənəvi şirniyyat festivalına hazırlaşır -

Şəki ikinci beynəlxalq ənənəvi şirniyyat festivalına hazırlaşır

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək. Hazırda festivala son hazırlıq işləri görülür.

Şəhər icra hakimiyyəti başçısının müavini, festivalın təşkilat komitəsinin üzvü Zərinə Cavadova AZƏRTAC-a bildirib ki, tədbirin rəsmi açılış mərasimi iyulun 20-də axşam saatlarında Şəki Olimpiya İdman Kompleksinin həyətində keçiriləcək. Rəsmi hissədən sonra tədbir iştirakçıları burada sərgilənəcək geniş çeşiddə şirniyyat nümunələri ilə yaxından tanış olacaqlar. Festivalda 12 ölkədən – Türkiyə, Rusiya, Fransa, Yunanıstan, Rumıniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Serbiya, Koreya Respublikası və İndoneziyadan gəlmiş qənnadıçılar, eləcə də respublikamızın Şəki də daxil olmaqla, 21 şəhər və rayonunun şirniyyatçıları hazırladıqları şirniyyat nümunələrini nümayiş etdirəcəklər.

Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər milli şirniyyat nümunələrini sərgiləyəcəklər.

Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda fərqlənənlər mükafatlandırılacaqlar.

Ənənəvi şirniyyat festivalı rəngarəng konsert proqramı ilə başa çatacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !