MVA Şuranın dəstəyilə Qarabağ Qaziləri, məcburi köçkünlər və gəncləri bir yerə toplayıb -

MVA Şuranın dəstəyilə Qarabağ Qaziləri, məcburi köçkünlər və gəncləri bir yerə toplayıb

 Təlim iştirakçıları təhsil, iş və ekologiya problemləriylə bağlı aidiyyatı qurumlara informasiya sorğusu göndərmək üçün qrup işlərini yerinə yetiriblər.

Mingəçevir Valideynlər Assosiasiyasi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi dördüncü təlim Mingəçevir Media Mərkəzində gerçəkləşdirilib.Təşkilatın idarə heyətinin üzvü Yeganə Nəbiyevanın sözlərinə görə, “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili”layihəsi çərçivəsində keçirilən təlimə Qarabağ Qaziləri, məcburi köçkünlər və gənclərin 37 nümayəndəsi qatılıb. Qarabağ əlili Əbülfət Babayev, Qaçqınkomun Mingəçevir üzrə nümayəndəsi Hüseyn Yusifov və başqaları onları narahat edən sosial problemləri qabardıblar. Qarabağ əlillərinə ayrılmış mənzillərin onların mülkiyyətinə verilməməsi, təqaüdlərinin az olması, yerli icra strukturlarında əlillərə kifayət qədər qayğı göstərilməməsi, yataqxanalarda məskunlaşan köçkünlərin yeni binalara köçürülməsi ilə bağlı məsələlər əsas müzakirə mövzusuna çevrilib.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla bağlı Azərbaycan qanunvericiliyini, mövcud normativ aktları izah edib. O, məhkəmə mübahisələrində vəkillərin və ya tərəflərin qanuni nümayəndələrinin iştirakı, pensiyaların, əlliliyin təyin olunması, ailə başçısını itirməyə, işsizliyə görə müavinətlərin verilməsi, işçinin məcburi və könüllü sığortası, xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün dövlətin öhdəlikləri, iddia ərizələrinin tərtibi üçün qanunvericiliyin tələbləri, əmək pensiyası ilə sosial müavinətin fərqi barədə məlumatları tədbir iştirakçılarına çatdırıb. Hüquqşünas hazırda yaşa görə pensiyaların verilmə qaydalarını da izah edib: “Azərbaycanda orta ömür müddəti 74-75 yaşa kimi müəyyənləşdirilib. Vətəndaş 63 yaşında pensiyaya çıxırsa, təxminən 12 il ərzində onun pensiya alması nəzərdə tutulub. Əvvəlki illərə nisbətən bu sistem son illərdə xeyli təkmilləşdirilib. Qanunvericiliklə 2006-cı ilin yanvarın 1-dən fərdi uçot sistemi tətbiq olunur. Hər bir işləyən kəs fərdi hesabına vəsait toplayır. Bununla da gələcək pensiyasını özü müəyyənləşdirir”.
MVA-nın prezidenti və layihənin rəhbəri Fərman Nəbiyev məlumatın əldə olunması, emal edilməsi və informasiyaya çevrilməsi prosesinin, press-relizlərin hazırlanması və KİV-ə ötürülməsinin, müxtəlif dövlət qurumlarına rəsmi sorğular göndərilməsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, beıə sorğular, yazılı müraciətlər dərhal qeydiyyata düşür və təşkilat rəhbərləri bu sorğuları və müraciətləri qanunun tələb etdiyi səviyyədə cavablandırmağa borcludurlar: “Əgər kimsə cavablandırmırsa, vətəndaş onu məhkəməyə verə bilər. Eyni zamanda məlumatın KİV-ə çıxması onu ictimailəşdirir.”
Bundan sonra təlim iştirakçıları təhsil, iş və ekologiya problemləriylə bağlı aidiyyatı qurumlara informasiya sorğusu göndərmək üçün qrup işlərini yerinə yetiriblər.
Xatırladaq ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin may ayının əvvəlindən həyata keçirdiyi yeni layihə Mingəçevir, Bərdə, Ağdam və Yevlağın aztəminatlı əhalisinə, o cümlədən həmin bölgələrdə məskunlaşan məcburi köçkünlərə ünvanlanıb. Ötən müddətdə MVA-nın nəzdində hüquq otağı açılıb, regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq 2 veriliş efirə yayılıb, Ağdam, Bərdə, Yevlax rayonlarında və Mingəevirdə təlimlər keçirilib və 100 nəfər arasında ünvanlı sorğu aparılıb.

 

Yeganə Nəbiyeva

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !