Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcək -

Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binasının açılış mərasimi keçiriləcək

Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər Bakı şəhərində və respublikanın bölgələrində mədəniyyət müəssisələri üçün yeni binalar inşa edilir, mövcud binalar əsaslı təmir olunur. Prezidentin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli sərəncamı və 2009-cu il 22 may tarixli 292 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı"nın icrası respublikada muzeylərin inkişafına güclü təkan verib, Bakı şəhərində və ölkəmizin əksər regionlarında müasir tipli yeni muzeylərin təşkilinə şərait yaradıb.
Müasir beynəlxalq standartlara cavab verən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Xaçmaz, Saatlı, Fizuli, Şamaxı, Lənkəran, Quba və digər rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri ölkəmizin mənəvi həyatının inkişafına böyük təsir göstərir, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirir. Respublikaya turist axınının artması, Bakıda və bölgələrdə xarici qonaqların iştirakı ilə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi muzeylər tərəfindən Azərbaycan xalqına məxsus mədəni irsin təbliği işinin daha da gücləndirilməsi perspektivlərini reallaşdırır.
İyulun 15-də açılış mərasimi keçiriləcək Mingəçevir Şəhərinin Tarixi Muzeyinin yeni binası da bu sırada öz yerini alacaq.
Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox qədim tarixə malikdir. Muzey gələcəkdə regionun mədəni həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, turizm potensialının genişləndirilməsinə də xidmət edəcək.
Mingəçevir Şəhərinin Tarixi Muzeyi 1968-ci il yanvarın 11- də M.Davudova adına Mingəçevir Dram Teatrının binasının bir otağında, 50 eksponatla fəaliyyətə başlayıb. Hazırda muzey işçilərinin əməyi nəticəsində muzeyin fondu 15 mindən artıq eksponat təşkil edir. 1985-ci ildə muzey 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində uyğunlaşdırılmış sahəyə köçürülüb və 2013-cü ilə qədər həmin binada fəaliyyət göstərib.
2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Mingəçevir Şəhərinin Tarixi Muzeyi yeni binaya köçürülüb. Nazirlik tərəfindən burada təmir, bərpa, rekonstruksiya işləri aparılıb və yeni ekspozisiyanın bədii tərtibat işləri həyata keçirilib.
Muzeyin ekspozisiyası iki əsas bölmədən ibarətdir: qədim Mingəçevir bölməsi və müasir Mingəçevir bölməsi.
Qədim Mingəçevir tarixi bölməsində 1948-ci ilə qədər olan şəhərin inkişaf tarixini, ərazi sakinlərinin yaşayış tərzini əks etdirən guşələr qurulub. Burada 1946-53-cü illər ərzində görkəmli alim, arxeoloq Saleh Qaziyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş, Eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən) ayrı-ayrı tarixi dövrləri özündə əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş olunur. Müasir Mingəçevir bölməsi isə XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən indiyə qədər ictimai-siyasi hadisələri və şəhərin müasir inkişafını əks etdirən guşələrdən ibarətdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !