Vətən mənə oğul desə! adlı layihənin Mingəçevir şəhərində icrasına başlanıb -

“Vətən mənə oğul desə!” adlı layihənin Mingəçevir şəhərində icrasına başlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə!” adlı layihənin icrasına başlanıb. Layihənin Mingəçevir şəhərində icra edilməsi nəzərdə tutulur. 3 ay müddətində icra ediləcək layihənin məqsədi gəncləri gərgin dərs tempindən ayırmadan onları, həm də əyləncə yol ilə məlumatlandırmaq, Azərbaycan qəhrəmanlarını daha dərindən öyrənib tanımaq və tanıtdırmaqdır. Elə bu məqsədlə 3 ay müddətində buklet, təlim, sosial şəbəkə üzərindən təbliğat, seminarlar keçirməklə gənclərin maarifləndirilməsi nəzərdu tutulur. Marağı olan və bu istiqamətdə daha çox bilik əldə etmək istəyənlər üçün dərsdən əlavə dinləmə saatları təşkil ediləcək.
Layihə rəhbəri Sara Bağırlının sözlərinə görə, hazırda layihənin hazırlıq mərhələsi yekunlaşıb. Buklet və cib təqvimləri nəşr etdirilib, baner hazırlanıb. Mingəçevir şəhər Gənclər Evində iyul-avqust ayları ərzində 4 tədbirin təşkili nəzərdə tutulub. Layihənin icra müddəti sentyabr ayında yekunlaşacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !