Gənc rəssam-dizayner Esmira Rüstəmovanın fərdi sərgisi açılmışdır - FOTO

Gənc rəssam-dizayner Esmira Rüstəmovanın fərdi sərgisi açılmışdır FOTO

Şəmkir Heydər Əliyev Mərkəzində gənc rəssam-dizayner Esmira Rüstəmovanın fərdi sərgisi açılmışdır. 2 ildən artıqdır ki, işlədiyi əsərləri ictimaiyyətə təqdim edən Esmira Rüstəmova əsasən saplardan, qaşlardan, balıqqulağından və digər təbii materiallardan istifadə etmişdir. Onun işlərində milli dəyərlərimiz, təbiət, gözəllik, təmizlik, ailə dəyərləri və s. tərənnüm edilmişdir. Sərgidə rayon rəsmiləri, ziyalılar, dostlar iştirak etmişlər. Çıxış edənlər rayon ictimaiyyətinin adından sərgidən məmnun olduqlarını bildirərək gənc rəssama uğurlar arzuladılar. Sərgidə iştirak edən qonaqlar da gənc rəssamın əl işlərinə heyran olduqlarını bildirmiş və təbriklərə qoşulmuşlar.
Sərgidə Esmira Rüstəmovanın müxtəlif üslublarda hazırladığı 20-dən artıq əsəri nümayiş olunmuşdur.
Uğurlar olsun Esmira xanım, inanırıq ki, bu yaxın gələcəkdə Şəmkiri daha yüksək sərgilərdə təmsil edəcəksiniz.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !