Binəqədi rayonunda Açıq qapı vətəndaş forumu keçirildi - FOTO

Binəqədi rayonunda “Açıq qapı” vətəndaş forumu keçirildi FOTO

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planına əsasən Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.
Binəqədi rayonunda artıq mütəmadi xarakter almış belə görüş və tədbirlər sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması baxımından səmərəli vasitələrdən biridir. Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə öz problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar.
3 iyul tarixdə Rəsulzadə qəsəbə bələdiyyəsinin inzibati binasında növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə Rəsulzadə qəsəbə sakinləri iştirak etdilər.


İlkin Həmidov 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !