Fərqanə Qasımlı: - " Fotoqrafın gözündə övlad sevgisinin təzahürü "

Fərqanə Qasımlı: " Fotoqrafın gözündə övlad sevgisinin təzahürü "

“Baku2015” I Avropa oyunları zamanı çox nüanslara rast gəldim.Bu nüanslardan birini Leyla Əliyevanın ad günü olduğu üçün sizlərlə paylaşmaq qərarına gəldim. Hər fotoşəklin hekayəsi olduğu kimi mənim bu fotoşəklimin də başqalarına aydın olmayan hekayəsi var. Avropa Oyunları zamanı Prezident və ailəsi oyunları izləyirdi. Ancaq Leyla Əliyeva oyunu izləməyə valideynlərindən sonra gəldiyindən diqqətimi cəlb edən məhz bu an oldu. Bu anı gördükdən sonra oyunlar başlayandan üzümü görməyən,telefonda danışarkən səninçün darıxdığımdan ağlayıram deyən anam yadıma düşdü. Həmin an hətta kövrəldim və qeyri-ixtiyari gözlərim doldu. Necə ki məclislərə valideynlərimdən sonra gedərdim, anamın yanında əyləşən kimi əlimdən yapışıb ətrafdakılarla söhbət edərdi. Həmişə sual verərdim ki, ana niyə əlimdən tutursan? O isə cavabında “darıxmışam, ona görə qızım” deyərd i. Gülümsünüb deyirdim ki, bir saatdı məndən ayrıldığın, nə tez darıxdın. Dərin mənalı baxışlarla mənə baxıb deyirdi ki,“eh, siz başa düşməzsiz... Yenidən bu anı mənə Mehriban Əliyeva xatırlatdı. Leyla Əliyeva oyunu izləməyə gələrkən anası ilə görüşüb əyləşdi. Onların fotoşəklini çəkərkən Mehriban Əliyevanın qızı Leyla Əliyevanın əlindən yapışıb oyunu izlədiyini gördüm və həmin andan sonra oyunçuları yox, ancaq onların fotolarını çəkdim. Dediyim an həmin o andır. Artıq anamın dediyi “eh, siz başa düşməzsiniz” cümləsinin nə qədər dərin məna kəsb etdiyinin bir daha şahidi oldum. Biz nə qədər böyüyürüksə böyüyək, neçə yaşda oluruqsa olaq, gücümüz, qüvvəmiz olsun anaların gözündə təzə dünyaya gəldiyimiz zaman necə gücsüz, balaca, şəfqətə və sevgiyə ehtiyacımız varsa elə görünürük.Oyunun bitməsini səbirsizliklə gözləyib nə qədər yorÄ Ÿun olduğumun fərqinə varmadan gecə saat 00:15 radələrində anamın yanına gəlib,onu öpüb qucaqlayıb sonra öz evimə getdim. Əslində doğum günü sahibini təbrik etməkdən çox onu dünyaya gətirən anaya minnətdarlıq düşür. Qardaşımın ad günündə ilk olaraq anamı təbrik edirəm. Bu gün də Leyla Əliyevanın ad günü münasibətilə ilk əvvəl Mehriban Əliyevanı, sonra isə Leyla Əliyevanı təbrik edirəm.

 


Fərqanə Qasımlı 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !