Mingəçevirdə Yaşıl Məktəb layihəsi davam edir - FOTO

Mingəçevirdə “Yaşıl Məktəb” layihəsi davam edir FOTO

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yaşıl məktəb” layihəsini Mingəçevir şəhərində də davam etdirir.
Regionlarda məktəblilərin yay tətilinin səmərəli təşkili, habelə ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alanların rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Mingəçevir şəhəri ilə yanaşı, Gəncə və Ağcabədidə icra olunur.
Layihənin ilkin mərhələsində adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlim proqramı təşkil olunmuş, məktəblilərdən ibarət işçi qruplar formalaşdırılmışdır.
Yeni mərhələdə isə hər bir regionun 10 məktəbində məktəblilərin iştirakı ilə ekoloji aksiyaların keçirilməsinə, iməcliklərin təşkil olunmasına və digər tədbirlərin keçirilməsinə başlanılmışdır.
Mingəçevir şəhərində məktəblilərin ekoloji təfəkkürünü artırmaq və cəmiyyətə ekologiyanın qorunması üçün konkret mesajlar vermək məqsədilə açıq havada rəsm müsabiqələri, təlimlər və digər praktik tədbirlər keçirilmişdir.
Hazırda müvafiq işçi qruplar tərəfindən Mingəçevir şəhəri üzrə hədəf məktəblərdə ekoloji divar qəzetlərinin hazırlanması həyata keçirilir. Yeni tədris ilinin başlanğıcından bu qəzetlər məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Bunun üçün ekoloji divar qəzetləri məktəblərin həyətlərində və binanın daxilində asılacaqdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !